Xəzər Xəbər

Təhsil Nazirliyi məktəblərə TƏLİMAT GÖNDƏRDİ

Gündəm | 15:57 • 24 Aprel 2019
Təhsil Nazirliyi məktəblərə
Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinə 26-28 aprel tarixlərində Bakı şəhərində keçiriləcək Formula 1 Azərbaycan Qran Prisi ilə bağlı təlimati məktubu göndərilib.

Təhsil Nazirliyi XəzərXəbər-in sorğusuna cavab olaraq bildirib ki, məktubda sözügedən yarışla əlaqədar şəhərin bəzi küçə və prospektlərinin bağlı olduğu nəzərə alınaraq, şagirdlərin dərslərdə iştirakının təmin edilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi, həmçinin alternativ yolların müəyyən edilərək valideynlərə məlumat verilməsi qeyd olunur.

Xəbər lenti