Füzuli rayonunun Kürdmahmudlu kəndində fərdi yaşayış evində güclü yanğın olub.
XəzərXəbər xəbər verir ki, kənd sakini Quliyev Səfər Məmmədxan oğluna məxsus birmərtəbəli, beşotaqlı evdə yanğın olub.
Yanğın zamanı evin 2 otağı əşyaları ilə birgə yanıb. Hadisə zamanı evdə yatan 16 yaşlı Quliyev Elgül Səfər oğlu zəhərlənib. Yeniyetmə təcili tibbi yardımla rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətinin orta-ağır qiymətləndirir.
Yanğına elektrik naqillərindəki qısaqapanma səbəb olub.
Faktla bağlı araşdırma aparılır.