Xəzər Xəbər

Bakıda "Volkswagen", Lerikdə "Volvo" yanıb

Hadisə | 10:37 • 23 Aprel 2019
Bakıda "Volkswagen", Lerikdə "Volvo" yanıb

Bakı şəhərinin Xəzər rayonunda "Volkswagen" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Fövqəladə Hallar Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Digər yanğın hadisəsi isə Lerikdə qeydə alınıb. "Volvo" markalı traktorun salonu və mühərrik hissəsində elektrik avadanlıqları yanıb. Traktorun qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

Xəbər lenti