Xəzər Xəbər

Qazaxıstanın hakim partiyası prezidentliyə namizədini açıqlayıb

Dünya | 10:05 • 23 Aprel 2019
Qazaxıstanın hakim partiyası prezidentliyə namizədini açıqlayıb

Qazaxıstanın birinci prezidenti, "Nur Otan” partiyasının sədri Nursultan Nazarbayev Kasım-Comart Tokayevin prezidentliyə namizədliyini irəli sürüb.


Xezerxeber.az-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Nursultan Nazarbayev qazax xalqını seçkilər zamanı hazırkı prezidentin namizədliyini dəstəkləməyə çağırıb.


Martın 10-da Qazaxıstan prezidenti Nursultan Nazarbayev istefa verib. O Təhlükəsizlik Şurasının sədri vəzifəsində qalıb. Bundan sonra ölkə prezidenti Qazaxıstan parlamentinin sədri Kasım-Comart Tokayev olub. Eyni zamanda parlamentin sədri vəzifəsinə Dariqa Nazarbayeva təyin olunub. O, prezident seçkilərində namizədliyini irəli sürməyəcəyini bəyan edib.

Aprelin əvvəlində Qazaxıstan prezidenti növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə qərarını açıqlayıb.

Xəbər lenti