Xəzər Xəbər

Həbsxanadan qaçan məhbus 10 il sonra polisə təslim olub - "Vətəndən ötrü darıxırdım"

Dünya | 09:45 • 23 Aprel 2019
Həbsxanadan qaçan məhbus 10 il sonra polisə təslim olub -

Avstriya mətbuatı hüquq-mühafizə orqanlarına könüllü təslim olan cinayətkarla bağlı xəbər yayıb.


AZƏRTAC Avstriya Teleradiosuna (ORF) istinadla xəbər verir ki, on il yarım əvvəl həbsxanadan qaçan bir məhbus bu günlərdə Zaltsburq şəhərində polisə könüllü təslim olub. İlkin ifadəsində həbsdən qaçdıqdan sonra on il Tenerifedə (Kanar adaları, İspaniya) gizli yaşadığını bildirən şəxs polisə təslimolma qərarına da aydınlıq gətirib. Altmış dörd yaşlı qaçaq vətəndən ötrü darıxdığına və Tenerife adasında yaşamasının ona əvvəlki kimi zövq vermədiyinə görə Avstriyaya qayıtmaq qərarına gəldiyini bildirib.


Münxen hava limanında enən şəxs qatarla Avstriya ərazisinə daxil olan kimi polisə müraciət edib. O, Aşağı Avstriya əyalətindəki həbsxanalardan birinə yerləşdirilib. Həbs müddətinin bitməsinə cəmi yarım il qalmış həbsxanadan qaçan bu şəxsə əlavə nə qədər cəza veriləcəyi məlum deyil.

Xəbər lenti