Xəzər Xəbər

Salyanda ağır qəza: sürücü öldü VİDEO

Veb TV | 18:42 • 22 Aprel 2019
Salyanda ağır qəza: sürücü öldü

Salyanda 1 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Salyan-Neftçala avtomobil yolunun Ərəbqardaşbəyli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Salyan şəhər sakini, Elsevər Nəcəfov idarə etdiyi "Lada" markalı avtomobillə hərəkətdə olarkən nəqliyyat vasitəsi naməlum səbəbdən idarəetmədən çıxaraq aşıb.

Qəza zamanı sürücü E.Nəcəfov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti