Xəzər Xəbər

Astarada torpaq sürüşməsi - Bir ailə evsiz qaldı VİDEO

Veb TV | 18:59 • 22 Aprel 2019
Astarada torpaq sürüşməsi - Bir ailə evsiz qaldı

Astara rayonunun dağ kəndi olanSiyəküdə torpaq sürüşmələri aktivləşib. evlərdən biri ötən gün uçub.

Kənd sakini 70 yaşlı Təcrübə İsgəndərovaya məxsus 3 otaqlı ev dağılıb. Hadisə gecə saatlarında baş verib. Xoşbəxtlikdən aralarında 2 azyaşlının olduğuailə üzvündən heç birixəsarət almayıb.

Hazırda evi dağılan ailə qohumları gildə qalır.

Torpaq sürüşməsinin kənd sakinlərinə təhlükə yaratması barədə Fövqəladə Hallar Nazirliyinə də rəsmi qaydada müraciət olunub.

Sürüşmənin aktiv olduğu ərazi bir neçə hektar sahəni əhatə etdiyinə görə fərdi təsərrüfatlardakı sitrus bağları da zərər çəkib. Həyətlərdəki sitrus ağacları torpaq qatı ilə birlikdə sürüşərək yararsız hala düşüb. Hazırda kənddə 10-a yaxın ev dağılmaq təhlükəsi qarşısındadır.

Xəbər lenti