Xəzər Xəbər

Ordu zabiti 32 qadını qətlə yetirdi DƏHŞƏTLİ CİNAYƏT

Hadisə | 18:18 • 22 Aprel 2019
Ordu zabiti 32 qadını qətlə yetirdi

Şimali Kiprdə yunan zabit bir neçə qətldə ittiham olunur.

Teleqraf.com xəbər verir ki, zabit Nikos Metaxas yoxa çıxan 35 yaşlı filippinli Mariya Rose və 6 yaşlı qızı Sierra Qarzeni öldürüb.

Qeyd edilir ki, adanı gəzən iki turist qadın cəsədini tapıb. Cəsədin 2018-ci ilin mayında yunan zabit Nikos Metaxasın evində təmizlik işi görən Mariya Rozeyə aid olduğu müəyyən edilib. Bundan sonra zabit həbs edilib.

O, istintaqa qadını və onun 6 yaşlı qızını öldürdüyün etiraf edib. Polis bu ifadədən sonra Mitseroda xarabalığa çevrilən mədəndə axtarış aparıb. 6 yaşlı uşağın cəsədini axtaran polis burada daha bir qadının cəsədinə rast gəlib.

Bu zaman zabit başqa qadınları da öldürdüyünü etiraf etməli olub. Qatil cəsədi tapılan şəxsin Lozano adlı qadın olduğunu, onunla 2018-ci ilin avqustunda internet vasitəsilə tanış olduğunu, daha sonra birlikdə yaşadıqdan sonra qadını boğduğunu açıqlayıb.

Kipr mediası isə 32 qadının yoxa çıxdığını, hazırda bu qadınlardan neçəsinin ordu zabiti tərəfindən öldürüldüyünün araşdırıldığını yazır.

Xəbər lenti