Xəzər Xəbər

Qaret Beyl üçün Çin iddiası

İdman | 17:39 • 22 Aprel 2019
Qaret Beyl üçün Çin iddiası

Cari mövsüm hədəflərinə çatmayan Madridin "Real" klubu yayda heyətdə dəyişikliklər edəcək.

"Kral klubu" cinah futbolçusu Qaret Beyllə yolları ayırmağa qərar verib. Paytaxt təmsilçisi uelsli futbolçunun transferindən ən azı 130 milyon avro qazanmaq istəyir.

AS nəşrinin məlumatına görə, 29 yaşlı cinah furbolçusu üçün "Real"a Çindən təklif gəlib. Məlumata görə, Beyl Çində illik 30 milyon avro maaşa oynamağa razıdır.

Qeyd edək ki, Beyl bu mövsüm 40 oyuna 14 qol vurub, 6 assist edib.

Xəbər lenti