Xəzər Xəbər

Londonda həbs edilən etirazçıların sayı 963-ə çatıb

Dünya | 09:06 • 22 Aprel 2019
Londonda həbs edilən etirazçıların sayı 963-ə çatıb

Londonda ötən həftədən bəri iqlim dəyişikliyi ilə əlaqədar keçirilən mitinqlər zamanı həbs edilən etirazçıların sayı 963-ə çatıb.


Xezerxeber.az xəbər verir ki, Londonun mərkəzi küçələrində davam edən mitinq zamanı etirazçılar polislə üz-üzə gəlib.


Mitinq iştirakçıları hökumətdən iqlim dəyişikliyi ilə əlaqədar tələblərinin yerinə yetirilməsini istəyiblər. Onlar hökumətin iqlim və ekologiya üçün fövqəladə vəziyyət elan edərək həqiqəti söyləməsini, nazirlərin dərhal hərəkətə keçməsini və bu qərarların vətəndaşların iştirakı ilə verilməsini tələb edirlər.

Xəbər lenti