Xəzər Xəbər

Problemli krediti olanlara ŞAD XƏBƏR Pullarınız BU TARİXDƏ VERİLƏCƏK - VİDEO

Veb TV | 19:47 • 20 Aprel 2019
Problemli krediti olanlara ŞAD XƏBƏR

Problemli kreditlərlə bağlı ödənişlər aprelin 22-dən etibarən verilməyə başlanılcaq. Artıq bununla bağlı işlər yekunlaşıb.

Maliyyə Bazarlarına Nəzarət Palatası kompensasiya ödənişinin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və digər zəruri məlumatları maliyyə nazirliyinə və mərkəzi banka təqdim edib. Müvafiq vəsaitlər artıq bankların hesablarına köçürülməsinə başlanılıb.

Orxan Kazımovun sözlərinə görə 501 manatdan yuxarı ödəniləcək kompensasiyalar ödəniş kartları vasitəsi ilə ödəniləcək.Bu kartalar müştərilərə tama təmənnasız veriləcək.

Banklar assosiyasiyasının nümayəndəsi həmçinin bildirib ki,kompensasiya alacaq şəxslərin şəxsi məlumatların hər hansı bir dəyişiklik varsa o zaman məlumat mərkəzlərinə müraciət etsinlər.Bu dəyişiklik şəxsiyyət vəsiqəsinin vəya mobil nömrənin dəyişdirilməsi ilə bağlı ola bilər.

Həmçinin bir sıra şəxslər var onların alacaqları məbləğlərlə bağlı müəyyən çətinliklərlə üzləşirlər. Belə olan halda isə onlar bəzi məqamlara diqqət etməlidirlər.

Ümumiyyətlə isə ödənişlərin cari ilin may ayındatam yekunlaşdırılması planlaşdırılır.

Xəbər lenti