Xəzər Xəbər

Hindistanlı kişi barmağını kəsib atdı Qəribə siyasi səbəb - VİDEO

Veb TV | 12:29 • 20 Aprel 2019
Hindistanlı kişi barmağını kəsib atdı

Hindistanda 11 apreldə başlamış və mayın 19-na qədər davam edəcək parlament seçkiləri zamanı qəribə hadisə yaşanıb.

Səsvermə zamanı yanlışlıqla istəmədiyi, hakim partiyaya səs verən vətəndaş imza basdığı barmağını kəsib atıb.

Hindistanda əhalinin savad səviyyəsi aşağı olduğu üçün, səsvermə zamanı partiya adlarından deyil, partiyaların simvollarından, imza əvəzi isə barmaq izlərindən istifadə olunur. İki bənzər simvolu qarışıq salan hindistanlı səhvini anlayan kimi barmağını kəsib atıb:

"Mən filə səs vermək istəyirdim, amma çiçəyə səs vermişəm”,- deyə o hərəkətinə aydınlıq gətirib.

Xəbər lenti