Xəzər Xəbər

Qazaxıstanda DƏHŞƏTLİ QƏZA: 11 ölü, 29 yaralı

Dünya | 12:21 • 20 Aprel 2019
Qazaxıstanda DƏHŞƏTLİ QƏZA:

Qazaxıstanda sərnişin avtobusunun aşması nəticəsində 11 nəfər ölüb, 29 nəfər yaralanıb.

Bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti informasiya yayıb.

Məlumata görə, səhər saatlarında Kordaysk rayonunda Almaatı-Daşkənd yolunun 181-ci kilometrində "Tayota Kəmri" ("Toyota Camry”) markalı minik avtomobili yol kənarında dayanan yük maşını ilə toqquşub. Bu zaman eyni marşrut üzrə hərəkət edən sərnişin avtobusu toqquşmadan qaçmağa çalışarkən açıb. Hərəkətdə olan sərnişin avtobusu qəzadan yayınmaq istəsə də, sürücü idarəetməni itirib və qəza baş verib.

Yaralanan 29 nəfərdən 7-nin Özbəkistan vətəndaşı olduğu bildirilib.

Xəsarət almış bütün Özbəkistan vətəndaşları Otrar və Korday xəstəxanalarına yerləşdirilib. Ölən şəxslər arasında Özbəkistan vətəndaşı olmadığı bildirilir./Axar.az

Xəbər lenti