Xəzər Xəbər

AÇG-nin yeni platformasının investisiya qərarı qəbul olunub - VİDEO

Veb TV | 20:30 • 19 Aprel 2019
AÇG-nin yeni platformasının investisiya qərarı qəbul olunub -

Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda inşa edilməsi planlaşdırılan "Mərkəzi-Şərqi Azəri" platforması üzrə yekun investisiya qərarı qəbul olunub.

Xezerxeber.az-ın məlumatına görə, yataqların işlənməsi üzrə rəhbər komitə yatağın işlənməsinin növbəti mərhələsi olan yeni platformanın layihəsini təsdiqləyib. Sənədləri SOCAR prezidenti Rövnəq Abdullayev və BP-nin regional prezidenti Qəri Cons imzalayıblar.

Layihə çərçivəsində inşa ediləcək platformada ilk hasilat 2023-cü ildə başlayacaq.

Rövnəq Abdullayev yeni platformanın inşasının Azərbaycanın neft sənayesində böyük qazanclar gətirəcəyini vurğulayıb.

Rövnəq Abdullayev bildirib ki, AÇG səhmdarları blokun işlənməsi layihəsində ABŞ-ın "ExxonMobil" və "Chevron" şirkətlərinin satışa çıxarılacaq paylarının alınması məqsədi ilə tenderdə iştirak etmək niyyətindədir. Onun sözlərinə görə, SOCAR və tərəfdaşlar bu payların birgə alınmasına qərar veriblər.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Cons isə bildirib ki, imzalanan yeni sənəd yataqların işlənməsində yeni mərhələnin başlanğıcıdır.

Qeyd edək ki, AÇG üzrə ilk Hasilatın Pay Bölgüsü sazişi 1994-cü ilin sentyabrında imzalanıb. 2017-ci ilin sentyabrında sazişə əlavələr edilib və müddəti 2049-cu ilə qədər uzadılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar