Xəzər Xəbər

Hindistanda səhvən başqa namizədə səs verən seçici barmağını kəsdi

Dünya | 17:05 • 19 Aprel 2019
Hindistanda səhvən başqa namizədə səs verən seçici barmağını kəsdi

Hindistanda davam edən seçkilər prosesində səhvən digər namizədə səs verən seçici barmağını kəsib.

25 yaşlı Pavan Kumar Şikarpur şəhərində tərəfdarı olduğu partiyaya deyil, baş nazir Narendra Modinin rəhbərlik etdiyi hakim partiyaya səs verib.

Nəticədə, həmin şəxs "günahını yumaq” üçün öz barmağını kəsib.

Qeyd edək ki, Hinistanda aprelin 11-də parlament seçkiləri başlayıb. 900 milyonadək seçicinin iştirak etdiyi seçkilər 7 mərhələdə keçirilir. (Trend)

Xəbər lenti