Xəzər Xəbər

Ağstafada it tutan oğlan vəfat etdi - VİDEO

Veb TV | 20:11 • 18 Aprel 2019
Ağstafada it tutan oğlan vəfat etdi  -

Gənc oğlan quduzluqdan dünyasını dəyişib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Ağstafada baş verib.

Martın 9-da Yuxarı Göycəli kənd sakini, 21 yaşlı Cavid Həsənlini sahibsiz it dişləyib. Yaxınlarının dərhal xəstəxanaya çatdırdığı Cavidə quduzluq əleyihinə zərdab vurulub. Xəstəxanadan vaxtaşırı müayinə üçün ailəyə xəbərdarlıq edilsə də, Cavid özünü yaxşı hiss etdiyi üçün vaksinlərdən imtina edilib.

Mərhumun atası bildirib ki, övladının anormal hərəkətlərini görərək yenidən onu xəstəxanaya gətirib.

Həkimlər tərəfindən lazımi tədbirlər görülüb. Sonradan isə atanın təkidi ilə onu aprelin 16-da paytaxtdakı xəstəxanalardan birinə aparıblar. Lakin gənc yolda dünyasını dəyişib.

Xəstəxanadan bildirilib ki, son zamanlar Ağstafada it dişləməsi hallarının sayı xeyli artıb. Sakinlər də sahibsiz itlərdən narahat olduqlarını deyirlər.

Sakinlər sahibsiz itlərə qarşı tədbir görülməsini vacib sayırlar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti