Xəzər Xəbər

Bəzi obyektlərin tikintisi və istismarı sadələşdirilib - VİDEO

Veb TV | 19:59 • 18 Aprel 2019
Bəzi obyektlərin tikintisi və istismarı sadələşdirilib -

Ekspertizası tələb olunmayan obyektlərin tikintisinin və istismarının sadələşdirilməsi ilə bağlı prezident fərmanının icrasına dair ilkin nəticələr açıqlanıb.

Xezerxeber.az-ın məlumatına görə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Rüfət Mahmud bildirib ki, fərmanin icrası məqsədi ilə bu il fevralin 21-dən ''ASAN Xidmət''lə birlikdə yeni elektron sistem istifadəyə verilib.

Yeni prosedurların tətbiqindən 3 ay vaxt keçməsinə baxmayaraq müraciətlərin az olması sahibkarların məlumatlarının az olması ilə bağlıdır. Rüfət Mahmud hansı obyektlərin tikintisi və istismarının sadələşdirildiyinə də aydınlıq gətirib. Onun sözlərinə görə, söhbət qeyri-yaşayış obyektlərindən gedir.

İstifadəyə verilən sistem bəzi obyektlərin tikintisinə və istismarına əlavə vaxt itirmədən icazə almağa imkan verir.

Komitənin şöbə müdiri Rüfət Mahmud vurğulayıb ki, yaxın dövrdə ekspertizası tələb olunan obyektlərin də tikinti icazələrinə bu sistem tətbiq ediləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti