Xəzər Xəbər

Saçı həftədə neçə dəfə yumaq olar?

Maraqlı | 15:46 • 18 Aprel 2019
Saçı həftədə neçə dəfə yumaq olar?

ABŞ-ın bir neçə gözəllik salonunun işçiləri saçı nə qədər müddətdən bir yumaq lazım olduğunu açıqlayıb.

Bu barədə "The Sun” yazır.

Nyu-Yorkun eyniadlı salonunun yaradıcısı saçı şampun və kondisionerlə həftədə 2-3 dəfədən çox yumamaq lazım olduğunu bildirib. O, gündəlik saç yumanın saçlara ciddi ziyan vurduğunu deyib:

"Saç gündəlik yuyularsa, şampun başı təbii yağından məhrum edir, bu da quruluğa və saç qırılmasına səbəb olur”, - mütəxəssis deyir.

Saçlar qırılmağa meyillidirsə, onları lap gec yumaq lazımdır. Məşhurların stilisti Pol Kuçinello tez-tez edilən saç düzləşdirmənin nəticəsi olan zədələnmiş saçları həftədə maksimum iki dəfə yumaq lazım olduğunu deyir.

Daha bir stilist, ekspert Skot Miller də gündəlik saç yumağa qarşıdır:

"Tozlu tikintinin yanından keçməmisinizsə və idman zalında məşq etməmisinizsə, hər gün saçı yumağa ehtiyac yoxdur”, - deyəo məsləhət görür.

Fevral ayında gözəllik ekspertləri qadınların gözəlliklərini məhv edən alışqanlıqları hesablayıblar və edilən səhvlərdən necə yayınmaq mümkün olduğu barədəməsləhətlər veriblər. Onlar saçı yuyarkən, xüsusənyağlı saçlara sahib xanımların suyun temperaturuna fikir vermələrini tövsiyə edirlər.

Xəbər lenti