Xəzər Xəbər

“Bakmil” stansiyasında bir sıra yeniliklər edilib - REPORTAJ - VİDEO

Veb TV | 18:56 • 26 Mart 2019
“Bakmil” stansiyasında bir sıra yeniliklər edilib -

Bakı Metropoliteninin əsaslı şəkildə yenidən qurulan "Bakmil” stansiyasında bir sıra dəyişikliklər.

Xezerxeber.az-ın məlumatına görə, bütün infrastrukturu yenilənən stansiyada əsas dəyişikliklərdən biri açıq hava şəraitində yerləşən platformanın çətirlə örtülməsidir.

Digər mühüm yeniliklərdən biri də stansiyada sərnişinlərin qəbulu yerinin dəyişdirilməsidir. Artıq sərnişinlər birinci mərtəbədən yox, ikinci mərtəbədən stansiyaya daxil olacaqlar.

Bununla yanaşı stansiyada bütün kommunikasiya xətləri yenilənib.Yanğın təhlükəsizliyi sistemi gücləndirilib və son texnologiyalara uyğun avadanlıqlar quraşdırılıb .

Qeyd edək ki, burada 2017-ci ilin avqustundan mərhələli şəkildə yenidənqurma işlərinə başlanılıb. Bura 1970-ci ildə açılıb və 9 il "Nərimanov" elektrik deposunun platforması olub. 1979-cu ildən isə stansiya kimi fəaliyyətə başlayıb. Bundan sonra stansiya müasir görkəmi və daha rahat şəraiti ilə sərnişinlərə xidmət göstərəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti