Xəzər Xəbər

Bərdədə mağazadan oğurluq edən şəxs kameraya düşdü - VİDEO

Veb TV | 18:50 • 26 Mart 2019
Bərdədə mağazadan oğurluq edən şəxs kameraya düşdü -

Bərdədə mağazadan noutbuk və xeyli pul oğurlanıb.

Oğurluq hadisəsi obyektdəki təhlükəsizlik kamerası tərəfindən anbaan qeydə alınıb.

Xezerxeber.az-ın məlumatına görə, gecə saatlarında naməlum şəxs rayon sakini Qalib Novruzova məxsus mağazanın şüşəsini sındıraraq içəri daxil olub. Ardınca isə pul və noutbuku götürərək ərazidən uzaqlaşıb. Oğurluq anı obyektə quraşdırılan təhlükəsizlik kamerasına düşüb.

Mağazanın sahibi Qalib Novruzova hadisə ilə bağlı polisə məlumat verib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, oğurluq hadisəsini rayon sakini Rövşən Qazıyev törədib. O, saxlanaraq istintaqa cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti