Xəzər Xəbər

Balakəndə ev yanıb, 500 cücə tələf olub - VİDEO

Veb TV | 19:06 • 26 Mart 2019
Balakəndə ev yanıb, 500 cücə tələf olub -

Balakəndə yaşayış evi yanıb, içərisindəki 500 cücə tələf olub.

Xezerxeber.az-ın məlumatına görə, hadisə ötən gecə Balakənin Qazma kəndində, Zülfüqar Sarıyevə məxsus üçotaqlı fərdi yaşayış evində baş verib.

Hadisə yerinə cəlb edilən yanğınsöndürənlərin səyi nəticəsində alov ram edilib.

Hadisə zamanı xəsarət alan olmayıb. Lakin evin içərisində olan 500 baş cücə yanaraq tələf olub.

Faktla bağlı araşdırma aparılır. Yanğının elektrik naqillərində yaranan qısaqapanmadan baş verdiyi ehtimal edilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti