Xəzər Xəbər

Tereza Mey sabah istefa verəcəyi tarixi açıqlayacaq

Dünya | 17:53 • 26 Mart 2019
Tereza Mey sabah istefa verəcəyi tarixi açıqlayacaq

Sabah Böyük Britaniyanın baş naziri Tereza Mey istefa verəcəyi tarixi açıqlaya bilər.


Xezerxeber.az-ın xəbərinə görə, bu barədə "Reuters” agentliyi adının çəkilməsini istəməyən britaniyalı parlamentara istinadən məlumat yayıb.


Baş nazir martın 27-də yerli vaxtla saat 17.00-da Mühafizəkar Partiyanın üzvlərini birləşdirən 1922-ci Komitənin iclasında çıxış edəcək. Böyük ehtimalla məhz bu iclasda T.Meyin baş nazir və partiya sədri postlarından istefa verəcəyi tarixi açıqlaması gözlənilir.

Xəbər lenti