Xəzər Xəbər

Moskvada FTX generalının meyiti tapılıb

Dünya | 12:59 • 26 Mart 2019
Moskvada FTX generalının meyiti tapılıb

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) 59 yaşlı general-mayoru Moskvadakı evində ölü tapılıb.


Bu barədə TASS agentliyinə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.


Sergey Sokolovun evində FTX-nin pensiya kartı tapılıb. O, FTX-də idarələrdən birinin rəhbəri olub. Meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.


General-mayorun evində "Glock” və "Brauninq” markalı tapançalar, travmatik tapança, ov tüfəngi və 150 patron aşkarlanıb. (ONA)

Xəbər lenti