Xəzər Xəbər

Qubanın Qırız kəndinə 20 santimetr qar yağıb

Region | 12:13 • 26 Mart 2019
Qubanın Qırız kəndinə 20 santimetr qar yağıb

Quba rayonunun Qırız kəndinə yağan qarın hündürlüyü 20 santimetrə çatıb.


Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, qar Quba ilə yanaşı, Qusar və Xızı rayonlarının dağ kəndlərinə də yağıb.


Martın 25-dən yağmağa başlayan qarın hündürlüyü Qubanın Xınalıq kəndində 9, Təngəaltında 4, Xızının Altıağac kəndində isə 6 santimetr təşkil edir.


Qar yağması ilə əlaqədar temperatur mənfi 8 dərəcəyədək aşağı düşüb. Ən aşağı temperatur Qırız kəndində qeydə alınıb.

Xəbər lenti