Xəzər Xəbər

Türkiyə XİN: "ABŞ növbəti dəfə beynəlxalq hüquq normalarını pozur"

Dünya | 10:08 • 26 Mart 2019
Türkiyə XİN: "ABŞ növbəti dəfə beynəlxalq hüquq normalarını pozur"

Birləşmiş Ştatlar Qolan yüksəklikləri üzərində İsrailin suverenliyini tanımaqla növbəti dəfə beynəlxalq hüquq normalarını geri çevirir.


Xezerxeber.az-ın verdiyi xəbərə görə, bu barədə Türkiyənin xarici işləri naziri Mövlud Çavuşoğlu şəxsi "Twitter” səhifəsində yazıb.


"ABŞ növbəti dəfə beynəlxalq hüquq normalarını pozub. Hərçənd ki, onların bu qərarı İsrail təcavüzünə haqq qazandırmır. Bu, əksinə, Yaxın Şərqdə sülhün qorunmasına əngəl törədir və bölgədə gərginlik yaradır”, - türkiyəli nazir belə deyib.

Xəbər lenti