Xəzər Xəbər

Füzuli rayonunda qatarla minik avtomobili toqquşub, ölən var - VİDEO

Veb TV | 12:35 • 24 Mart 2019
Füzuli rayonunda qatarla minik avtomobili toqquşub, ölən var -

Füzuli rayonunda sərnişin qatarı ilə "VAZ-2106" markalı minik avtomobilinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


"Report"un Qarabağ Mərkəzinin verdiyi məlumata görə, hadisə Araz Dilağarda kəndində baş verib.


Qəza nəticəsində avtomobilin sürücüsü - 1949-cu il təvəllüdlü Həsənov Barat Cəbrayıl oğlu hadisə yerində ölüb.


Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.


Xəbər lenti