Xəzər Xəbər

İtaliya və İspaniya milliləri "Avro-2020" seçmə mərhələsində ilk qələbələrini qazanıb

İdman | 09:12 • 24 Mart 2019
İtaliya və İspaniya milliləri "Avro-2020" seçmə mərhələsində ilk qələbələrini qazanıb

Martın 23-də futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə qrup mərhələsinin birinci turuna 8 qarşılaşma ilə yekun vurulub.


Xezerxeber.az xəbər verir ki, turun son oyun günündə seçmə mərhələnin favoritlərindən sayılan İtaliya millisi Finlandiya seçməsini, İspaniya yığması isə Norveç komandasını qəbul edib.


Dördqat dünya çempionu İtaliya yığması hər iki hissədə bir qol vuraraq 2:0 hesablı qələbə qazanıb. İtalyanlıların həyətində Nikola Barella (7) və Moise Kin (74) fərqləniblər.


İspaniya millisi doğma azarkeşlər önündə Norveç millisini 2:1 hesabı ilə məğlub edib. Rodriqo (16) və Serxio Ramosun (71) qollarına qonaqlar Coşua Kinqın (65) qolu ilə cavab veriblər.


Turun son oyunlarında aşağıdakı hesablar qeydə alınıb:


D qrupu


Gürcüstan – İsveçrə - 0:2;


Cəbəllütariq - İrlandiya - 0:1.


F qrupu


Malta – Farer adaları - 2:1;


İsveç - Rumıniya - 2:1;


İspaniya - Norveç - 2:1.


J qrupu


Bosniya və Herseqovina – Ermənistan - 2:1;


İtaliya - Finlandiya - 2:0;


Lixtenşteyn - Yunanıstan - 0:2.

Xəbər lenti