Xəzər Xəbər

Bakıda gecə qadın bir hərəkətilə hər kəsi qorxuya saldı VİDEO

Veb TV | 18:47 • 23 Mart 2019
Bakıda gecə qadın bir hərəkətilə hər kəsi qorxuya saldı

Ötən gün Binəqədi rayonu Biləcəri qəsəbəsində binanın zirzəmisində yaşayan və səfil həyat sürən qadın az qala böyük bir faciəyə səbəb olacaqdı. Zirzəmidə qızınmaq üçün qalanan alov nəzarətdən çıxıb və bloku tüstü basıb. Sakinlərin köməyinə isə yanğınsöndürənlər yetişiblər.

Binanın zirzəməsində qalanan ocaq, az qala beşmərtəbəli binada dəhşətli yanğına səbəb olacaqdı. Hadisə ötən gün Binəqədi rayonu Biləcəri qəsəbəsi Asəf Zeynallı küçəsində baş verib.

Sakinlərin verdikləri məlumata görə, yanğına binanın zirzəməsində yaşayan və səfil həyat sürən qadın səbəb olub. Onların sözlərinə görə, bu qadın isinmək üçün zirzəmidə tez-tez ocaq qalayır, hətta bəzən özü kimi səfil həyat sürənlər də onunla burada qalırlar.

Hadisə şahidlərinin sözlərinə görə, bu şəxs alovun nəzarətdən çıxdığını gördükdə oradan uzaqlaşıb. Qonşular onu da bildirirlər ki, burada gecə vaxtı bloklarda səfil həyat sürənlərə tez-tez rast gəlirlər.

Yanğın baş verən zaman Binəqədi rayon Polis İdarəsi və 6-cı polis bölməsinin əməkdaşları da əraziyə gəlib və lazımi ölçü götürüləcəyini bildiriblər.

 

Xəbər lenti