Xəzər Xəbər

Balakən sakininin evindən silah və narkotik tapıldı VİDEO

Veb TV | 17:09 • 23 Mart 2019
Balakən sakininin evindən silah və narkotik tapıldı

Balakən polisi evində narkotik yetişdirən şəxsi saxlayıb. Saxlanılan şəxs narkotik vasitəni öz istifadəsi üçün əkdiyini bildirib. Evdə qanunsuz saxlanılan yivli silah da aşkarlanıb.

Narkotik əkib-becərən şəxs saxlanılıb.Balakən Rayon Polis Şöbəsinə Xalatala kənd sakini, 26 yaşlı Murad Abduyevin yaşadığı evdə narkotik tərkibli çətənə kollarını yetişdirməsi barədə məlumat daxil olub. Murad Abduyev tutularaq istintaqa cəlb edilib. Evə baxış zamanı isə oradan xeyli çətənə kolu aşkarlanaraq maddi sübut kimi götürülüb.

Saxlanılan Murad Abduyev silahın babasından yadigar qaldığını və qanunsuz olduğunu bilmədiyini deyib. Narkotik vasitəni isə öz istifadəsi üçün əkdiyini söyləyib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Xəbər lenti