Xəzər Xəbər

Ukraynaya AĞIR ZƏRBƏ: Rusiya tarixi açıqladı

Dünya | 11:46 • 21 Mart 2019
Ukraynaya AĞIR ZƏRBƏ:

Rusiya Ukrayna ərazisi vasitəsilə təbii qazın nəqlini 2020-ci il 1 yanvar tarixində dayandıracaq.

Bu haqda Ukraynanın "Naftoqaz” şirkətinin başçısı Andrey Kobolev "RBK-Ukrayna”ya müsahibəsində deyib.

Onun sözlərinə görə, Rusiyanın "Qazprom” şirkəti bununla bağlı qaz alıcılarına məlumat verib.

Daha əvvəl Rusiyanın energetika naziri Aleksandr Novak bildirib ki, Ukrayna ərazisi vasitəsilə qazın tranziti Moskva üçün əlverişsizdir. Nazir qeyd edib ki, köhnəlmiş qaz nəqliyyat sistemi ilə əlaqədar olaraq Ukrayna istiqaməti başqa marşrutlardan – "Yamal-Avropa” və "Şimal axını-1”dən 2-2,5 dəfə daha baha başa gəlir./publika.az

Xəbər lenti