Xəzər Xəbər

Səudiyyədən Camal Qaşıqçı həmləsi: aylıq 120 min dollar ödəyəcək

Dünya | 11:40 • 21 Mart 2019
Səudiyyədən Camal Qaşıqçı həmləsi:

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın rəhbərlik etdiyi Səudiyyə Sosial İnvestisiya Fondu (PIF) jurnalist Camal Qaşıqçının öldürülməsi ilə yananan zərərin idarə olunması və ölkənin siyasi rəhbərliyinin imicinin düzəldilməsi üçün ötən ay "Karv Communications” şikəti ilə müqavilə bağlayıb.

Müqavilə ilin sonuna kimi nəzərdə tutulub.

Müqaviləyə əsasən, fond kommunikasiya şirkətinə aylıq 120 min dollar ödəyəcək.

Qeyd edək ki, Camal Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda öldürülüb. Onun cəsədinin yeri indiyə kimi məlum deyil./publika.az

Xəbər lenti