Xəzər Xəbər

İsraildə 3 ölkə Türkiyəyə qarşı: ABŞ da dəstək verdi

Dünya | 10:21 • 21 Mart 2019
İsraildə 3 ölkə Türkiyəyə qarşı:

İsrailin Qüds şəhərində Baş nazir Benyamin Netanyahu, Yunanıstan Baş naziri Aleksis Çirpas və Cənubi Kipr lideri Nikos Anastasaidis görüş keçiriblər. Sammitə ABŞ dövlət katibi Mayk Pompeo da qatılıb.

Sammit Aralıq dənizində yeni kəşf olunmuş enerji ehtiyatlarının hasilatına həsr olunub.

Görüşdən sonra verilən açıqlamada deyilir: "Liderlər enerji müstəqilliyi və təhlükəsizliyini dəstəkləmək, Şərqi Aralıq dənizində xoşagəlməz xarici müdaxilələrdən müdafiə olunmaq üçün əməkdaşlığı inkişaf etdirmək qərarına gəldilər".

Qeyd edək ki, bu yaxınlarda Aralıq dənizinin şərqində, yunan Kiprinə yaxın ərazidə böyük qaz ehtiyatları kəşf edilib.

Türkiyənin narazalıqlarından ehtiyatlanan Cənibi Kipr Respublikası Yunanıstan və İsrailin qaz konsersiumuna qoşa bilib.

Son sammit götsərir ki, bu işə ABŞ da dəstəkçidir./teleqraf

Xəbər lenti

Çox oxunanlar