Xəzər Xəbər

Qazaxıstan parlamenti toplaşdı Andiçmə

Dünya | 11:33 • 20 Mart 2019
Qazaxıstan parlamenti toplaşdı

Kasım-Jomart Tokayev parlament palatalarının birgə iclası zamanı and içib, bununla da prezident vəzifələrinin icrasına başlayıb.

Bu barədə "RİA Novosti" xəbər verir.

Qazaxıstanda seçkilər 2020-ci ilə planlaşdırılır.

***

10:27

Bu gün Qazaxıstan Respublikası parlamentinin hər iki palatasının birgə iclası keçiriləcək.

İclasda parlament senatının sədri Qasım-Jomart Tokayev prezident səlahiyyətlərinin icrasına başlaması ilə bağlı and içəcək.

İclasda ölkənin ilk prezidenti Nursultan Nazarbayevin çıxışı da planlaşdırılıb. Həmçinin Senatın yeni spikeri seçiləcək.

Martın 19-da televiziya ilə xalqa müraciətində N.Nazarbayev istefaya getdiyini, səlahiyyətlərinin parlament senatının sədrinə keçdiyini açıqlayıb. O qeyd edib ki, Qasım-Jomart Tokayev Qazaxıstanın idarəçiliyinin tapşırılacağı adamdır. Yeni seçkilər keçirilənədək ölkəni Qasım-Jomart Tokayev idarə edəcək./teleqraf

Xəbər lenti