Xəzər Xəbər

Çexiya prezidentindən böhran yaradacaq açıqlama: Türkiyə İŞİD-lə…

Dünya | 11:18 • 20 Mart 2019
Çexiya prezidentindən böhran yaradacaq açıqlama:

Çexiya prezidenti Miloş Zeman Türkiyənin ünvanına iki dövlət arasında böhran yaradacaq açıqlamalar verib.

"RİA-Novosti” agentliyi xəbər verir ki, prezident Türkiyəni İŞİD terror qruplaşması ilə "müttəfiq” olmaqda ittiham edib.

"Kürdlərə niyə hücum edirlər? Çünki "İslam dövləti”nin faktiki müttəfiqidir”, - Çexiyanın qərbində yerləşən Karlovarski diyarında Zeman deyib.

Prezident Türkiyəni "islam ideologiyasına ürəyini açan dövlət” adlandırıb./publika


Xəbər lenti