Xəzər Xəbər

Yəhudilərin pul problemi var?! Putin hər kəsi güldürdü

Dünya | 11:06 • 20 Mart 2019
Yəhudilərin pul problemi var?!

Krımın Rusiyaya birləşdirilməsinin 5-ci ildönümü münasibətilə Kreml rəhbəri Vladimir Putin Krıma səfər edib.

Dövlət başçısı Simferopolda Krımın Baş ravvini Benyamin Volf və digər ictimai-siyasi şəxslərlə görüş keçirib. Görüşdə maraqlı dialoq yaşanıb.

Söhbət zamanı Volf maddi problemlər səbəbindən Krımda sinaqoq inşasının gecikdiyini, ancaq il sonuna qədər tamamlanacağını Putinə bildirib.

Putin də ravvinin bu sözlərinə zarafatyana şəkildə "Yəhudilərin maddi problemləri varmış. Yalnız Krımda belə bir şey baş verə bilərdi”, - deyə cavab verib və zaldakıların gülüşünə səbəb olub.

Ardınca isə Volfa ibranicə təşəkkür edib./axar.az

Xəbər lenti