Xəzər Xəbər

Övladlığagötürmə ilə bağlı yeni qaydalar hazırlanır VİDEO

Veb TV | 19:34 • 19 Mart 2019
Övladlığagötürmə ilə bağlı yeni qaydalar hazırlanır

"Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi Qaydaları"nın layihəsi hazırlanır.

Layihədə valideyn himayəsindən məhrum olmuş uşaqların ailə tərbiyəsinə verilməsi, bu imkanlar olmadıqda isə valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün nəzərdə tutulmuş təhsil, tərbiyə, müalicə, əhalinin sosial müdafiəsi müəssisələrində və digər analoji müəssisələrdə yerləşdirilməsi məqsədi ilə vahid elektron uçotun aparılması qaydaları əksini tapır.

Müvafiq kateqoriyaya aid uşaqların övladlığa götürülməsi, övladlığa götürülmüş uşaqların saxlanması, tərbiyəsi və təhsili şəraitinə vahid nəzarət həyata keçiriləcək.

əmək və əhalinin sosial müdafiəsi nazirliyinin şöbə müdiri sabir qocayevin sözlərinə görə övladlığagötürmək istəyən valideynlər üçün müxtəlif tələblər qoyulub və bütün tənzimləmələr sırf uşaqların mənafelərini qorumaq üçün müəyyənləşdirilib.

Bundan başqa qoyulan tələblərdən biri də ailənin maddi vəziyyəti, maliyyə gəlirlərinin nəzərdə tutulan standartlara uyğun olmasıdır. Hüququ olduğu halda valideynlər müəyyən təlimlərə cəlb olunacaqlar.

Bu layihə Dost agentliyi tərəfindən icra ediləcək.Sistemin iyunun 1-dən etibarən istifadəyə verilməsi planlaşdırılır.

Xəbər lenti