Xəzər Xəbər

Yaxın Şərq YENİDƏN QARIŞIR: ABŞ Türkiyə və İrana qarşı HƏRƏKƏTƏ KEÇİR

Dünya | 14:34 • 19 Mart 2019
Yaxın Şərq YENİDƏN QARIŞIR:

ABŞ-ın dövlət katibi Mayk Pompeo 19-23 mart tarixlərində Yaxın Şərqə səfərə çıxacaq.

Pompeo səfər çərçivəsində Küveyt, İsrail və Livana gedəcək.

Sözügedən ölkələrin səlahiyyətli nümayəndələri ilə görüşəcək dövlət katibi İsraildə yunan və kiprli rəsmilərlə də toplantı keçirəcək.

Onun bölgədə sabitliyin təmin edilməsi, təhlükəsizlik, iqtisadi əməkdaşlıqla yanaşı, İran rejiminin zərərli fəaliyyətlərinə qarşı mübarizə aparmaq məsələlərini də müzakirə edəcəyi ehtimal olunur. Bundan başqa, İsrail və Fələstin arasındakı gərginliyin azaldılması və sülhün təmin edilməsi üçün çıxış edəcəyi, yəhudilərin Ağlama divarı və Həzrəti İsanın məzarının yerləşdiyi Qiyamət Kilsəsinə gedərək dini tolerantlığa dəstək və anti-semitizmə qarşı mübarizə mövzusunda açıqlamalar verəcəyi gözlənilir.

Qeyd edək ki, Pompeonun görüşəcəyi yunan və kiprli nümayəndələr Kipr adasının ətrafında neft və təbii qaz araşdırmaları ilə məşğul olanlardır. Onlar rəsmi Ankaranın bütün xəbərdarlıqlarına rəğmən, bölgədə neft yataqları axtarmağa başlayıblar./publika.az

Xəbər lenti