Xəzər Xəbər

Brüsseldə izdihamlı Qarabağ mitinqi keçirildi VİDEO

Veb TV | 20:06 • 23 Fevral 2019
Brüsseldə izdihamlı Qarabağ mitinqi keçirildi

Xocalı soyqırımının 27-ci ildönümü ərəfəsində Belçikanın paytaxtı Brüsseldə ümumavropa Qarabağ mitinqi keçirilib. Aksiyada Almaniya, Fransa, İtaliya, Polşa və digər avropa ölkələrində yaşayan soydaşlarımız, eləcə də Azərbaycana dost münasibət bəsləyən xalqların diaspor üzvləri iştirak ediblər. Aksiyada "Xocalıya ədalət!", "Azərbaycan sülh istəyir!", "İşğalı dayandır!" və s. Şüarlarla Avropa Parlamentinə və digər beynəlxalq təşkilatlara çağırışlar olub. Aksiyanın sonunda qətnamə qəbul olunub, Avropa Parlamentinin məsul şəxslərinə təqdim edilib.

Avropada ''Xocalıya Ədalət'' çağırışları edilir.

Görüntülər Belçika krallığının paytatxı Brüssel şəhərində ''Lüksemburq meydanında keçirilən ümumavropa Qarabağ mitinqindəndir.Aksiya dünyanın 20-dən çox ölkəsində fəaliyyət göstərən diaspor təşkilatlarının təşəbbüsü ilə keçirilib.

Aksiyada Almaniya, Fransa, İtaliya, Polşa və digər Avropa ölkələrində yaşayan soydaşlarımız, eləcə də Azərbaycana dost münasibət bəsləyən xalqların diaspor üzvləri qatılıb.

Xocalı soyqırımının 27-ci ildönümü ərəfəsində keçirilən mitinqdə iştirakçılar "Qarabağa qayıtmaq istəyirik!", "Xocalıya ədalət!", "Azərbaycan sülh istəyir!", "Günahsız körpələri öldürməyin!", "Erməni yalanlarına dur de!", "İşğalı dayandır!" və s. şüarlarla Avropa Parlamentinə və digər beynəlxalq təşkilatlara çağırış ediblər.

Çıxışlar həm azərbaycan, həm də digər əcnəbi dillərdə edilib.

Aksiya iştirakçıları 27 il əvvəl törədilmiş Xocalı soyqırımına beynəlxalq miqyasda hüquqi-siyasi qiymət verilməsini, işğal olunmuş Azərbaycan torpaqlarının geri qaytarılması üçün Ermənistana təzyiq göstərilməsini, öz yurd-yuvalarından didərgin düşmüş azərbaycanlıların pozulmuş hüquqlarının bərpa edilməsini, münaqişə ilə bağlı qəbul olunmuş məlum beynəlxalq sənədlərin qərarlarına Ermənistan tərəfinin riayət etməsini tələb ediblər.

Aksiyanın sonunda qətnamə qəbul olunaraq Avropa Parlamentinin məsul şəxslərinə təqdim olunub

Mitinq ərzində yerli sakinlərə, turistlərə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrini, Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycanın məruz qaldığı maddi və mənəvi itkiləri əks etdirən broşürlər paylanılıb.

Xəbər lenti