Xəzər Xəbər

Dünyanın ən böyük arısı tapıldı: Ölçüsü heyrət doğurur VİDEO

Veb TV | 16:32 • 23 Fevral 2019
Dünyanın ən böyük arısı tapıldı: Ölçüsü heyrət doğurur

Dünyanın ən böyük arısı İndoneziyada yaşayır. Təxminən insanın böyük əl barmağı boydadır. Uollesin arısı adlanır. Çünki bu arını 1858-ci ildə ingilis naturalist və tədqiqatçı Alfred Uolles tapıb ortaya çıxarıb.

Həşəratlar aləmini tədqiq edən alimlər üçüncü dəfə Uollesin arısı ilə qarşılaşıblar. Uollesin tapıntısından sonra bu arı bir də 1981-ci ildə gözə dəymişdi. İndi yenə onu görmək mümkün olub. Uzunluğu 3,8 santimetrdir. Adətən, arının uzunluğu 2,3 santimetri keçmir. Amma bu arı növü digərlərindən çox fərqlənir. Təkcə qanadlarının uzunluğu 6,5 santimetrdir.

Son 38 ildə bu növün tamamilə sıradan çıxdığı düşünülürdü. Amma İndoneziyanın Molukkas adasında Uollesin arısı yenə səhnəyə çıxıb. Onu bir ağacın içində görüblər. Tədqiqatçılar onun şəklini çəkməyə imkan tapıb./Bizimyol.info

Xəbər lenti