Xəzər Xəbər

Bakıda kişi qadının üstünə “kerosin” töküb yandırdı

Hadisə | 12:11 • 23 Fevral 2019
Bakıda kişi qadının üstünə “kerosin” töküb yandırdı

Bakıda tanış qadınlaspirtli içki qəbul edən kişi, sonradan onunüstünə neft tökərək yandırıb.

Bu haqda "Sputnik-Azərbaycan ”Xətai rayon polis idarəsinə istinadən məlumat yayıb.

İnsident fevralın 21-də Nobel prospektində 19:40 radələrində baş verib.

Cinayətkar 41 yaşlı Rübabə Nuriyevanın üzərinə ağ neft tökərək onu oda verib.

Xoşbəxtlikdən, qadına vaxtında ilkin yardım göstərilib və, o, Tibb UniversitetininTədris Cərrahiyyə Klinikasının plastik, estetik və rekonstruktiv cərrahiyyə şöbəsinə yerləşdirilib.

Zərərçəkənin baş, boyun nahiyəsi və əlləri yanıb. Qadının həyatına hər hansı təhlükənin olmadığı bildirilir.

Kişi törətdiyi əməldən sonra hadisə yerindən qaçsa da, fevralın 22-də Xətai rayonunun 37-ci polis bölməsinin əməkdaşları onu saxlaya bilib.

Saxlanılan şəxszərərçəkənin tanışı olan 33 yaşlı Bakı sakini Tağıyev Qabil İsgəndər oğludur.

Məlum olub ki, cinayəti törətdiyi vaxt hər ikisi spirtli içkinin təsiri altında olub. Bundan savayı,Q.Tağıyev baş verənləri xatırlamır və günahını boynuna almır.

Faktla bağlı cinayət işi açılıb.


Xəbər lenti