Xəzər Xəbər

“Liverpul”un baş məşqçisi Yurgen Klopp cərimələnib

İdman | 19:14 • 22 Fevral 2019
“Liverpul”un baş məşqçisi Yurgen Klopp cərimələnib

İngiltərə Futbol Assosiasiyası "Liverpul” futbol klubunun baş məşqçisi Yurgen Kloppu cərimələyib.


Xezerxeber.az xəbər verir ki, 51 yaşlı almaniyalı mütəxəssis ölkə çempionatının 25-ci turunda "Vest Hem” komandası ilə qarşılaşmadan sonra bölüşdüyü fikirlərə görə cəzalandırılıb.


Mütəxəssis görüşün hakimi Kevin Fredi tənqid edib: "Biz oyundan kənar qol vurduq. Məncə, hakim fasilədə bunu bildi. İkinci yarıda qəribə hadisələrin baş verməsi belə deməyə əsas verir. Hakimin təəccüblü davranışı matçın gedişini aşağı saldı”.


Assosiasiya hesab edir ki, baş məşqçi bu sözləri ilə hakimin ədalətliliyini şübhə altına alır və buna görə Klopp 45 min avro cərimə ödəməlidir.


Qeyd edək ki, Yurgen Klopp 2015-ci ildən "Liverpul” klubunu çalışdırır.

Xəbər lenti