Xəzər Xəbər

Biləsuvarda mağaza, Gəncədə isə mənzil qarət edilib - VİDEO

Veb TV | 20:38 • 22 Fevral 2019
Biləsuvarda mağaza, Gəncədə isə mənzil qarət edilib -

Biləsuvar rayon məcburi köçkün şəhərciyində yerləşən 6 saylı qəsəbədə oğurluq hadisəsi baş verib. Mağazadan içərisində xeyli miqdarda pul olan seyf və müxətlif mallar oğurlanıb. Oğrular polis tərəfindən saxlanılıb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Biləsuvar rayonu ərazisində yerləşən Cəbrayıl rayon məcburi köçkün şəhərciyinin 6 saylı qəsəbəsində baş verib. Qəsəbədə yaşayan, əslən Cəbrayıl rayon Böyük Mərcanlı kənd sakini olan Qüdrət Qurbanov polisə müraciət edərək bildirib ki, ona aid mağazanın kassasında olan 347 manat və içərisində 6875 manat olan seyf, həmçinin müxətlif adda siqaret blokları oğurlanıb.

Saxlanılan şəxslər törətdikləri əməli etiraf ediblər.

Hazırda faktla bağlı cinayət işi açılıb, istintaq davam etdirilir.

Gəncədə isə mənzildən oğurluq olub. Nizami rayon polis idarəsinin əməkdaşları zərərçəkənin müraciəti əsasında həmin mənzilə baxış keçirib və məlum olub ki, mənzildən ümumi dəyəri 1800 manat olan məişət əşyaları oğurlanıb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qarətçinin həmin mənzildə kirayə qalan Rüstəm Sadıxov adlı şəxs olduğu müəyyən edilib.

Rüstəm Sadıxovun oğurladığı məişət əşyalarını satdığı məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti