Xəzər Xəbər

Bakıda bu il 13 yol layihəsi reallaşdırılacaq, 1000 km-dən artıq kənd yolu bərpa ediləcək - RƏSMİ AÇIQLAMA - VİDEO

Veb TV | 20:09 • 22 Fevral 2019
Bakıda bu il 13 yol layihəsi reallaşdırılacaq, 1000 km-dən artıq kənd yolu bərpa ediləcək -

Bakı-Ələt-Astara-İran sərhəddi avtomobil yolu bu ilin sonundan ödənişli olacaq.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

Onun sözlərinə görə, artıq yolun ödənişli olması ilə bağlı lazımi tədbirlər görülür.

Bakı-Quba Rusiya sərhəddi avtomobil yolu ilə bağlı sualları cavablandıran sədr bildirib ki, bu il həmin yolda işlərin ikinci mərhələsi aparılacaq. Sərhəd yaxınlığında Samur çayı üzərində salınan yeni körpünün tikintisi də yekunlaşacaq.

Saleh Məmmədov qeyd edib ki, artıq ölkə ərazisində kənd yollarının da əsaslı şəkildə yenidən qurulmasına və asfaltlanmasına başlanılıb. Bu il qarşıda duran əsas hədəflərdən biri də 1000 kilometrdən artıq kənd yolunu bərpa etməkdir.

Bakıdaxili yollara gəldikdə isə, sədr Nobel prospekti üçün nəzərdə tutulan yeni layihədən danışıb.

Bu il ərzində Bakı şəhərində 13 yol layihəsi reallaşdırılacaq. Başlıca olaraq kənd və qəsəbələrlə birləşən yollar yenidən qurulacaq. Həmçinin ehtiyac olan yerlərdə yeraltı və yerüstü keçidlər tikiləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar