Xəzər Xəbər

Sumqayıtda məcburi köçkünlər yeni mənzillərə köçürülür - VİDEO

Veb TV | 20:02 • 22 Fevral 2019
Sumqayıtda məcburi köçkünlər yeni mənzillərə köçürülür -

Sumqayıtda məcburi köçkünlərin yeni yaşayış kompleksinə köçürülməsinə başlanılır.

Xezerxeber.az-ın məlumatına görə, Sumqayıt şəhərinin mərkəzində, Koroğlu prospektində inşa edilən və ötən il dekabrın 27-də istifadəyə verilən 1005 mənzil püşaktma ilə təqdim edilir. Məcburi köçkün ailələrin nümayəndələri mövcud qaydalar əsasında onlar üçün əvvəlcədən ayrılmış otaq sayı üzrə bina və mənzilin nömrəsini müəyyənləşdiriblər. Bundan bir neçə gün sonra isə ailələrin yeni mənzillərə köçürülməsinə başlanacaq.

Qeyd edək ki, kompleksə daxil olan mənzillərin hamısı tam təmirlidir və mətbəx mebeli, qaz sobası ilə təchiz olunub. Bundan başqa, mənzillərdə mərkəzləşdirilmiş internet və televiziya şəbəkəsi quraşdırılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti