Xəzər Xəbər

Vəhşi heyvanların kəndlərə hücumu artıb - Nazirlik işçi qrup yaratdı - VİDEO

Veb TV | 19:46 • 19 Fevral 2019
Vəhşi heyvanların kəndlərə hücumu artıb -

Vəhşi heyvanların kəndlərə hücumu artıb. Bu problemin qarşısını almaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyində işçi qrup yaradılıb.

Xezerxeber.az-ın məlumatına görə, Goranboy rayonunun Boluslu və Eyvazlılar kəndlərinə canavarların hücum etməsindən sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılan işçi qrup artıq fəaliyyətə başlayıb.

Nazirliyin Departament direktoru Hikmət Əlizadənin sözlərinə görə, vəziyyət tam araşdırıldıqdan sonra heyvanlarla bağlı müvafiq qərar veriləcək. Ən son variant kimi canavarların vurularaq məhv edilməsi də nəzərdə tutulur.

Hikmət Əlizdə həmçinin bildirib ki, Goranboyla yanaşı digər rayonlarda da belə hallar intensivləşərsə, o zaman həmin ərazilər də nəzarətə götürüləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti