Xəzər Xəbər

Paytaxtda gözəllik salonundan külli miqdarda pul oğurlayan şəxs yaxalanıb

Hadisə | 16:39 • 19 Fevral 2019
Paytaxtda gözəllik salonundan külli miqdarda pul oğurlayan şəxs yaxalanıb

Paytaxtın Nərimanov rayonunun F.Yusifov küçəsindəki gözəllik salonlarının birindən 8 min manat məbləğində pul və 7 min manat dəyərində süni saçların oğurlanması barədə 17-ci polis şöbəsinə müraciət daxil olub.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, məlumatla əlaqədar müvafiq araşdırmalar aparılıb.


Cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Ə.Quliyev keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Onun üzərində axtarış aparılarkən metamfetamin aşkarlanaraq götürülüb.


Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti