Xəzər Xəbər

Türkiyədə mədəndə baş vermiş qəza ilə bağlı açıqlama verilib

Dünya | 14:37 • 18 Fevral 2019
Türkiyədə mədəndə baş vermiş qəza ilə bağlı açıqlama verilib

Türkiyənin Muğla vilayətinin Milas rayonundakı mədəndə baş vermiş qəza ilə bağlı Muğla valisi Esengül Çivelek açıqlama verib.


AZƏRTAC xəbər verir, E.Çivelekin sözlərinə görə, torpaq sürüşməsi səbəbindən baş vermiş hadisə zamanı dörd işçi dağıntılar altında qalıb. İşçilərdən biri ağır yaralı olaraq dağıntılar altından çıxarılıb, digər üç nəfərin axtarışı davam edir.


Böyük qaya parçaları altında iş maşınlarının da qaldığı bildirilir.


Hadisə yerinə xilasedici, jandarma, polis və təcili tibbi yardım briqadaları cəlb olunub.

Xəbər lenti