Xəzər Xəbər

Solari: "Çempionluq şansımız hələ bitməyib"

İdman | 14:43 • 18 Fevral 2019
Solari: "Çempionluq şansımız hələ bitməyib"

İspaniya La Liqasının 24-cü turunda evdə "Jirona"ya 1:2 hesabı ilə uduzan Madrid "Real"ının baş məşqçisi Santyaqo Solari açıqlama verib.

XəzərXəbər "Football Espana"ya istinadən xəbər verir ki, 42 yaşlı mütəxəssis çempionluq şanslarının bitmədiyini deyib: "Çempionluq şansımız hələ bitməyib. Hələ qarşıda çox oyunlarımız var və daha yaxşı oynayacağıq. Yarış hələ davam edir. "Jirona"ya uduzmağımız utancvericidir. Ən yaxın rəqiblərimiz isə qələbə qazandı. Yaxşı formada idik, ancaq indi liderdən daha üç xal geri düşdük".

Qeyd edək ki, La Liqanın turnir cədvəlində 45 xalı olan "Real" lider "Barselona"dan 9 xal geri qalır.

Xəbər lenti