Xəzər Xəbər

Litvada prezidentliyə namizədlərin qeydiyyatı bu gün başa çatır

Dünya | 14:19 • 18 Fevral 2019
Litvada prezidentliyə namizədlərin qeydiyyatı bu gün başa çatır

Litva Mərkəzi Seçki Komitəsi prezident seçkilərində iştirak edəcək namizədlərin qeydiyyatını bu gün dayandıracaq.


AZƏRTAC komitəyə istinadla xəbər verir ki, axşamadək qeydiyyatdan keçə bilməyən namizədlərin sənədləri artıq qəbul edilməyəcək.


İndiyədək 14 nəfərin namizədliyi qeydə alınıb. Yalnız deputat Ausra Maldekiene namizədliyini geri götürdüyünü bildirib. Qeydə alınmış namizədlər martın 28-dək 20 mindən çox imza toplamalıdırlar.


Qeyd edək ki, Litvada prezident seçkiləri may ayında keçiriləcək.

Xəbər lenti