Xəzər Xəbər

3300 manat və 125 min rubl oğurladı – LƏNKƏRANDA

Hadisə | 13:36 • 18 Fevral 2019
3300 manat və 125 min rubl oğurladı – LƏNKƏRANDA

Lənkəranda oğurluqla məşğul olan şəxs tutulub.

XəzərXəbər Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən yanvarın 29-da rayon ərazisindəki evlərin birindən 3300 manat dəyərində qızıl-zinət əşyaları və 125.000 rubl (4300 manat) oğurlamaqda şübhəli bilinən şəhər sakinləri E.Ağacanzadə və S.Quliyev saxlanılıb.

E.Ağacanzadənin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun fevralın 4-də daha bir evdən də 8000 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.

Araşdırmalar davam etdirilir.

Xəbər lenti